Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə noyabrın 8-də Gəncə şəhərində 8 Noyabr - Zəfər Günü münasibəti ilə konsert proqramı baş tutacaq.
“Qafqazinfo” xəbər verir ki, konsert şəhərin Heydər Əliyev adına meydanında (Gəncə Şəhər İcra Hakimiyyətinin İnzibati binasının qarşısı) baş tutacaq.
Proqram atəşfəşanlıqla yekunlaşacaq.
Son xəbərlər
Son Xəbərlər