Gəncədə 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində yanğın olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində baş verib.
Hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub.
Alovun qarşısı alınıb.
***
Gəncə 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin direktor müavini Əlizamin İsgəndərov “Qafqazinfo”ya bildirib ki, yanğın zamanı xəsarət alan olmayıb:
“Yanğın 3-cü mərtəbədə baş verib. Burada 73 nəfər olub və onlar təxliyə edilib. FHN əmədaşlarının səyi nəticəsində yanğın söndürülüb. Hazırda müəssisə fəaliyyətini davam etdirir”.
Yunis Quliyev