Gəncədə qəzada xəsarət alan şəxs xəstəxanada öldü

gencede-qezada-xesaret-alan-sexs-xestexanada-oldu
Oxunma sayı: 1625

Dünən Gəncə şəhər ərazisində yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində  yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, qəzada xəsarət alan, 1984-cü il təvəllüdlü Vahid Salahov bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Avtomobil qəzasında daha bir nəfər, 1975-ci il təvəllüdlü Bayram Bağırov da xəsarət alıb.

Hazırda onun müalicəsi davam edir.

 Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev