Gəncədə şok - Foto

gencede-sok-foto
Oxunma sayı: 771

“Qafqazinfo” ANS PRESS-ə istinadən xəbər verir ki, mədəsindən 16 ədəd məişət mismarı, əyilmiş vəziyyətdə bıçaq, ülgüc qırıqları, əyilmiş dəmir parçaları və şüşə qırıqları çıxarılan Ağstafanın Qırlı kənd sakini Əsmər Əmiraslanovanın vəziyyəti kafidir.

Əməliyyatı aparan həkim-cərrah Qafar İbrahimovun sözlərinə görə, 4 gün əvvəl əməliyyat olunan 29 yaşlı qadın yaxın günlərdə ambulator həkim müşahidəsilə evə buraxılacaq. “Xəstənin bunu niyə etdiyi araşdırılır. Amma bizdə olan məlumata görə, o bunu ailə-məişət problemləri zəminində edib. O belə deyir”.

Həkimlər bildiriblər ki, Əsmər Əmiraslanova kəsici alətləri nəyəsə bükərək qəbul edib. Adətən xəstələr bu kimi hərəkətləri affekt vəziyyətində olanda edir. Həkim bildirib ki, intihara yönəlmiş kəsici-deşici əşyaların qəbulu zamanı pasiyentlər həyatlarına son qoymağa çalışsalar da, cərrahiyə əməliyyatı sonrası əksər xəstələr yenidən yaşamaq uğrunda mübarizəyə başlayırlar.