Gəncədə sürücü piyadaları vurdu - Fotolar

gencede-surucu-piyadalari-vurdu
Oxunma sayı: 4064

Gəncədə sürücü iki piyadanı vurub.

"Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Nizami prospektində baş verib. 

Belə ki, Gəncə şəhərində "VAZ2107" markalı avtomobilin sürücüsü iki piyadanı vurub. Sürücü Alməmmədov Asif idarəetməni itirib və yolu keçmək istəyən şəxsləri vurub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev