Gəncədə təcili yardım maşını qəzaya düşdü

gencede-tecili-yardim-masini-qezaya-dusdu
Oxunma sayı: 503

Gəncədə təcili yardım avtomobili qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

Təcili tibbi yardım avtomobili “VAZ 2106” markalı maşınla toqquşub. Qəza zamanı təcili yardım avtomobilində olan xəstə üçün əlavə təcili tibbi yardım avtomobili gətirilib və xəstəxanalardan birinə yerləşdirilib.

Qəza zamanı xəsarət alan olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev