Gəncədə zəncirvari qəza - Xəsarət alanlar var+Video

gencede-zencirvari-qeza
Oxunma sayı: 1760

Gəncədə zəncirvari qəza baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Gəncə-Qazax magistralının “Yeni Şəmkir Avtovağzalı” adlanan ərazidə qeydə alınıb.

Belə ki, Gədəbəy rayon sakinin idarə etdiyi “VAZ 2107” markalı avtomobil eyni markalı maşına, həmçinin “Hyundai” və “Toyota” markalı avtomobillərə çırpılıb.

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev