Gənclərin Polis Akademiyasına marağını artırmaq üçün görüşlər keçirilir - Fotolar

genclerin-polis-akademiyasina-maragini-artirmaq-ucun-gorusler-kecirilir
Oxunma sayı: 269

Fiziki cəhətdən sağlam, müasir düşüncəli və yüksək intellektli gənclərin müəyyənləşdirilməsi, onların ixtisas seçimində Polis  Akademiyasına üstünlük verməsinin təmin edilməsi məqsədilə Polis Akademiyasının əməkdaşları tərəfindən təbliğat və təşviqat işləri sürətlə davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, əməkdaşlar Bakı şəhərində və ölkəmizin Qəbələ, Quba, Cəlilabad, Sabirabad, Göygöl, Saatlı, Qobustan və digər rayonlarında yerləşən ümumtəhsil müəssisələrində müəllim və IX–XI sinif şagirdləri ilə maarifləndirici görüşlər keçirərək tədris korpusları, zəngin kitabxanalar, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq kompleksləri ilə təmin olunmuş müasir infrastruktur barədə ətraflı məlumat veriblər.  

Şagirdlərə “Hüquqşünaslıq” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə qəbul qaydaları, Polis Akademiyasının “Virtual Akademiya” platforması, o cümlədən dövlət hesabına qidalanma, ödənişsiz təhsil resursları, geyim və yataqxana ilə təminat, polis xüsusi rütbəsi və hərbi mükəlləfiyyətli hesab edilməklə hərbi rütbənin verilməsi, təhsil müddətinin iş stajına daxil edilməsi və yüksək təqaüd imkanları barədə də geniş məlumat təqdim olunub. 

Tədbirlər zamanı Akademiyanın fəaliyyətini özündə əks etdirən video materiallar nümayiş etdirilib, lifletlər paylanılıb, şagirdlərin sualları cavablandırılıb və xatirə şəkilləri çəkilib.