General-mayor ehtiyata buraxıldı - Yenilənib

general-mayor-ehtiyata-buraxildi
Oxunma sayı: 15094

Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Firudin Nəbiyev ehtiyata buraxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

Əmrlə general Nəbiyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya buraxılıb.

***

Müdafiə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, MN-in Tibb İdarəsinin rəisi vəzifəsi idarə rəisinin müavini polkovnik-leytenant Anar İsmayılova həvalə olunub.

Sail Ağasəlim