Gərginlik davam edir - Ermənilər xeyli itki verib

gerginlik-davam-edir
Oxunma sayı: 13481

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaranmış gərginlik davam edir.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən görülən zəruri tədbirlər nəticəsində qarşı tərəf xeyli sayda itki verib.

İctimaiyyətə əlavə məlumat veriləcək.