Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi Türkiyədə saxlanılan Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidovla bağlı məlumat yayıb.
“Qafqazinfo” komitənin saytına istinadən xəbər verir ki, məlumatda Mirməhəmməd Seyidovun məzuniyyətdə olduğu müddətdə ailəsinin müalicəsi ilə əlaqədar 2013-cü il dekabr ayının 9-da Türkiyənin İstanbul şəhərinə getdiyi qeyd olunur:
“2013-cü il dekabr ayının 17-də İstanbul-Qars təyyarə reysində ailəsi ilə birlikdə geri qayıdarkən Qars Hava Limanında polis tərəfindən saxlanılıb, Türkiyədə əməliyyatlarda həbs olunanlarla əlaqədar bəzi məlumatların dəqiqləşdirilməsi üçün İqdır Vilayət Prokurorluğuna dəvət edilib. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi və Qarsdakı Baş Konsulluğu tərəfindən bu məsələnin tez bir zamanda həlli istiqamətində lazımi tədbirlər görülür”.
Son xəbərlər
Son Xəbərlər