Gömrük Komitəsinin 8 Mart təbriki tənqid olundu - Video

gomruk-komitesinin-8-mart-tebriki-tenqid-olundu
Oxunma sayı: 17246

Dövlət Gömrük Komitəsi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qurumun qadın əməkdaşlarını fərqli formada təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, həmin təbrik sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. DGK-nın qadın əməkdaşlarına stres yaşatması tənqid olunub.

Belə ki, sözügedən videoda komitənin Daxili təhlükəsizlik idarəsinin əməkdaşları otaqlara daxil olub qadınların adlarını çəkərək onları belə təbrik ediblər: “Xidməti davranış qaydalarına əməl etməmələri, intizamsızlıq, gömrük orqanı adına xələl gətirəcək hərəkətlərə yol verdikləri ilə bağlı... deyil, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Əziz xanımlar, bayramınız mübarək!”

Görüntülərdən xanım əməkdaşların həmin ana qədər gərgin vəziyyətdə olduqlarını və stres keçirdiklərini görmək mümkündür. Onlar yalnız təbrikdən sonra bunun 8 Mart zarafatı olduğunu anlayıblar.

Xəbəri rus dilində oxuyun: Водитель автобуса шокировал бакинцев: смотрел видео, грыз семечки - ВИДЕО 

Müzakirələrə səbəb olan həmin videonu təqdim edirik: