Goranboyda 47 yaşlı qadın qətlə yetirildi

goranboyda-47-yasli-qadin-qetle-yetirildi
Oxunma sayı: 2403

Goranboyda 47 yaşlı qadın qətlə yetirilib.

DİN-in mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 26-da saat 14 radələrində Goranboy rayonu Baxçakürd kəndi ərazisində 1976-cı il təvəllüdlü Sevinc Məmmədovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Atəş Ələkbərov polis tərəfindən saxlanılıb.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir. 

Araşdırma aparılır.