“Görəcəyik” - Tramp Maskla bağlı

goreceyik
Oxunma sayı: 2552

ABŞ Prezidenti Donald Tramp iş adamı İlon Maskın mümkün deportasiyasını nəzərdən keçirəcəyinə söz verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Independent” nəşri yazır.

Belə ki, Ağ Ev sahibi jurnalistlərin Maskın Cənubi Afrikaya deportasiya edilib-edilməyəcəyi ilə bağlı sualına “Görəcəyik” cavabını verib.

Qeyd edək ki, daha əvvəl Tramp “Truth Social” səhifəsində Maskın “Cənubi Afrikaya evinə getməli” olduğunu bildirmişdi.