Gövhər dünya çempionu oldu

govher-dunya-cempionu-oldu
Oxunma sayı: 5649

İtaliyanın Sardiniya adasında 20 yaşa qədər şahmatçılar arasında rapid üzrə dünya çempionatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan şahmatçısı Gövhər Beydullayeva dünya çempionatında tarixi uğura imza atıb. O, 9 oyundan 11 xal toplayaraq çempionatı birinci pillədə başa vurub. 

Azərbaycanın digər şahmatçısı Məhəmməd Muradlı 6,5 xalla 13-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, sabah İtaliyada blits üzrə dünya çempionatı başlayacaq.