Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Mercedes” və “VAZ 2106” markalı avtomobillərin toqquşub.
Nəticədə 2018-ci il təvəllüdlü uşaq həlak olub, biri azyaşlı olmaqla daha 4 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Yaralılar dərhal Göyçay rayon mərkəzi xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
***
DİN-dən bildirilib ki, bu gün saat 16 radələrində Göyçay rayonunun Mırtı kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə 6 nəfər- Haqverdiyev Rauf -1998, Məsimov Kərim - 1995, Məsimov Orxan -2020, Məsimov Ayxan -2020, Əliyev İsa - 2000, Əliyev Loğman-2006 xəsarət alıb.
7 yaşlı Məsimov Nihat isə aldığı xəsarətlərdən vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Yunis Quliyev


Son xəbərlər
Son Xəbərlər