Göyçayda yanğın hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə axşam saatlarında rayonun Füzuli küçəsində qeydə alınıb.
Yanğın nəticəsində iki evə ciddi ziyan dəyib.
Belə ki, rayon sakinləri — 1977-ci il təvəllüdlü Elnur İsmayılov və 1955-ci il təvəllüdlü Almaz Əliyevaya məxsus evlərin yanar konstruksiyaları tamamilə yanıb.
Yanğın zamanı ümumi sahəsi 110 kvadratmetr olan 3 otaqlı evin 2 otağı və dam örtüyünün 78 kvadratmetri, ümumi sahəsi 150 kvadratmetr olan 4 otaqlı evin isə 2 otağı və dam örtüyünün 78 kvadratmetri yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.
İlkin məlumata görə, yanğının başvermə səbəbi hələlik məlum deyil. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, yanğın hadisəsi baş verən evlərin hərəsində iki-iki olmaqla dörd ailə yaşayırmış.
Yunis Quliyev





Son xəbərlər
Son Xəbərlər