Göygöldə 2025-ci il üzrə sosial-iqtisadi hesabat tədbiri keçirilib - Fotolar

goygolde-2025-ci-il-uzre-sosial-iqtisadi-hesabat-tedbiri-kecirilib
Oxunma sayı: 461

Göygöl rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək ruhunu ehtiramla anıblar.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Regionların sosial-iqtisadi inkişafının təhlili sektorunun müdiri Müşfiq Osmanov, RİH Başçısı yanında Şuranın üzvləri, hüquq mühafizə orqanlarının və rayonun xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələr, şəhid ailələri, qazilər, rayonda fəaliyyət göstərən QHT-nin nümayəndələri iştirak ediblər.

Baş tutan yığıncaqda 2025-ci il ərzində rayon üzrə sosial-iqtisadi inkişaf,  infrastrukturun yenilənməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması və məşğulluğunun artırılması istiqamətində həyata keçirilmiş mühüm tədbirlərdən,  Dövlət proqramlarına uyğun olaraq yolların təmiri, içməli su və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, təhsil və səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində aparılmış ardıcıl işlərdən danışılıb.

İl ərzində keçirilən səyyar qəbullar və görüşlər zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əksəriyyətinin operativ şəkildə həll olunduğu bildirilib.

Hesabat yığıncağında qarşıda duran vəzifələrdən də bəhs edilib.

Belə ki, 2026-cı ildə rayonda sosial layihələrin genişləndirilməsi, sahibkarlığın inkişafına  dəstəyin artırılması, yeni iş yerlərinin yaradılması, ətraf mühitin mühafizəsi və kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi əsas hədəflər kimi müəyyən edilib. Cari ilin hədəflərini əks etdirən qərar qəbul olunub.

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan müraciət diqqətə çatdırılıb.