Göygöldə “BMW” alışıb yandı - Fotolar+Video

goygolde-bmw-alisib-yandi
Oxunma sayı: 942

Gəncə–Göygöl yolunda “BMW” markalı avtomobil yanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Göygöl rayonunun girişində qeydə alınıb.

İlkin məlumata görə, nəqliyyat vasitəsi qısaqapanma səbəbindən alovlanıb.

Sürücü 1997-ci il təvəllüdlü Xəyal Məmmədov xəsarət almayıb, avtomobilə isə ciddi ziyan dəyib.

Hadisə yerinə Göygöl rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev