Göygöl rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndi ərazisində baş verib.
Belə ki, “Mercedes-Vito” markalı maşınla “Qaz-3110” markalı maşın toqquşub.
Nəticədə “Qaz-3110” markalı avtomobildə olan üç nəfər - Yeni Qızılca kənd sakinləri 1982-ci il təvəllüdlü Könül İsmayılova, 1977-ci il təvəllüdlü Zərəngül Hüseynova və Daşkəsən rayon Mollahəsənli kənd sakini 1973-cü il təvəllüdlü Fəxrəddin Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar ilk olaraq Göygöl rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərində yerləşən tibb müəssisələrindən birinə yerləşdirilib.
Vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər