Bu gün Vətən müharibəsinin Anım Günü ilə əlaqədar II Şəhidlər xiyabanında şəhid məzarları ziyarət edilir.
Artıq səhər saatlarından etibarən vətəndaşlar xiyabana axın edirlər.
Müharibənin 3-cü ildönümü ilə bağlı məzarlığa gələn ziyarətçilər şəhidlərin ruhuna dualar oxuyur, xatirələrini ehtiramla yad edirlər.
“Qafqazinfo”nun fotoqrafı Xəyal Vəlizadənin II Şəhidlər xiyabanındakı ziyarətdən çəkdiyi fotoları təqdim edirik: