Güclü külək əsir - Faktiki hava

guclu-kulek-esir
Oxunma sayı: 678

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 13-ü saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir.

Xidmətdən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir.

Küləyin maksimal sürəti Qəbələ və Şəkidə 25, Daşkəsəndə 23, İsmayıllıda 22, Mingəçevir və Şahdağda 20, Oğuz, Şamaxı və Qobustanda 18, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Tərtərdə 16, Qaxda 15 m/s-yə çatır.