Güclü külək məktəb binasına zərər vurdu - Fotolar

guclu-kulek-mekteb-binasina-zerer-vurdu
Oxunma sayı: 849

Aprelin 2-də axşam saatlarında Qazax rayonu Daş Salahlı kəndi Şahin Cəbiyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin binasının giriş hissəsində bir neçə aqlay daşı güclü küləyin təsiri nəticəsində aşınaraq qopub.  

“Qafqazinfo” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, hadisə zamanı məktəbdə müəllim heyəti və şagirdlər olmadığından xəsarət halı qeydə alınmayıb. 

Məktəbdən bildirilib ki, təhlükəsizliyin təmin olunması məqsədilə həmin giriş müvəqqəti bağlanıb və alternativ girişdən istifadə olunur. Təlim-tədris prosesi fasiləsiz olaraq davam edir. Problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.