Gülşən millət vəkilliyinə namizəd olacaq?

gulsen-millet-vekilliyine-namized-olacaq
Oxunma sayı: 3438

Türkiyəli məşhur müğənni Gülşənə CHP-dən millət vəkili namizədliyi təklif edilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, müğəninin vəkili Gülşənin hazırda siyasət haqqında düşünmədiyini vurğulayıb.

“Gülşən seçkilərə qədər Türkiyəyə gəlməyəcək və ölkəyə dönüb-dönməyəcəyinə seçkinin nəticələrinə görə qərar verəcək", - deyə Gülşənin vəkili bildirib.

Qeyd edək ki, bir neçə ay öncə həbsdən çıxan Gülşən hazırda İspaniyada yaşayır.