“Günay Bank”ın əmanətçilərinə kompensasiya nə vaxt veriləcək? - Tarix açıqlandı

gunay-bankin-emanetcilerine-kompensasiya-ne-vaxt-verilecek
Oxunma sayı: 2162

“Günay Bank”ın əmanətçilərinə kompensasiyanın veriləcəyi tarix açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Məlumata görə, kompensasiyaların ödənilməsi 19 iyun 2023-cü il tarixdən başlayaraq həyata keçiriləcək.

"Əmanətlərin sığoratalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Kompensasiyaların ödənilməsi üçün sənəd qəbulunun yeri barədə əlavə məlumat veriləcəkdir.

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz.