Günay konsert verəcək

Günay konsert verəcək
Oxunma sayı: 1071

Müğənni Günay İbrahimli konsert verəcək. “Qafqazifo” xəbər verir ki, gənc ifaçı 15 noyabr tarixində Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində səhnəyə çıxacaq.

Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə keçiriləcək tədbir Milli Dirçəliş Gününə həsr olunub.

Günay instaqram səhifəsində konsertin afişasını paylaşaraq Pirallahı sakinlərinə səslənib: “Solo konsert proqramı ilə görüşünüzə gəlirəm. Xalq konsertində hər birinizi gözləyirəm”. 







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi