Gürcüstan parlamenti qalmaqallı qanun layihəsini qəbul etdi

gurcustan-parlamenti-qalmaqalli-qanun-layihesini-qebul-etdi
Oxunma sayı: 2531

Gürcüstan parlamenti ölkədə etirazlara səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, 83 deputat qanun layihəsinin lehinə səs verib. Əleyhinə səs verən olmayıb. 

Sənəd hələ ikinci oxunuşda da qəbul olunmalıdır. Bununla bağlı dinləmələr mayın 17-də baş tutacaq.

Qeyd edək ki, sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olub.