Husilər Ər-Riyad hava limanına ikinci dəfə ballistik raket atdılar

husiler-er-riyad-hava-limanina-ikinci-defe-ballistik-raket-atdilar
Oxunma sayı: 439

Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı beynəlxalq hava limanına ballistik raketlə yeni zərbə endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə husilərin hərbi sözçüsü Yəhya Saria öz teleqram kanalında rəsmi məlumat paylaşıb.

“Silahlı qüvvələrimiz Ər-Riyaddakı Kral Xalid adına beynəlxalq hava limanına ballistik raketlə hücum edib, hədəf dəqiqliklə vurulub. Husilərə aid olan döyüş dronu Səudiyyə Ərəbistanının Xamis-Muşayt şəhərindəki hərbi aviabazaya da uğurlu zərbə endirib”, – deyə hərəkat nümayəndəsi qeyd edib.

Xatırladaq ki, oktyabrın 10-da husilərin Səudiyyə paytaxtının hava limanına endirdiyi analoji zərbə nəticəsində 12 nəfər həyatını itirmiş, 309 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Husilər hücumların dayanmayacağı ilə bağlı xəbərdarlıq etmişdilər.

Məlumat üçün bildirək ki, bölgədə gərginlik iyulun ortalarında Yəmənin hökumət qüvvələrinin İrandan gələn husi nümayəndə heyətinin təyyarəsi enərkən Səna hava limanına hücum etməsindən sonra yenidən alovlanıb. Husilər baş verənlərə görə Səudiyyə Ərəbistanını günahlandıraraq ona müharibə elan ediblər. Ərəb koalisiyası isə raketlərin bir hissəsinin zərərsizləşdirildiyini bildirir.