Gürcüstan parlamentində yenə dava düşdü - Video

gurcustan-parlamentinde-yene-dava-dusdu
Oxunma sayı: 2492

Gürcüstanda parlamentin Hüquqi məsələlər komitəsinin iclası zamanı deputatlar arasında dava düşüb.

“Qafqazinfo” “Interpressnews” portalına istinadən xəbər verir ki, parlamentdə “xarici agentlər haqqqında” qanun layihəsinin müzakirəsi zamanı mübahisə yaranıb.

Davada əsas olaraq “Gürcü arzusu” partiyasından deputat Anri Oxanaşvili və müxalif deputatlar iştirak edib.

Nəticədə “Aqmaşenebeli Strategiyası” partiyasının lideri Giorgi Vaşadze və “Vahid Milli Hərəkat” partiyasının lideri Levan Xabeişvili təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən zaldan çıxarılıblar.

Eyni zamanda, parlamentin qarşısında sözügedən qanun layihəsinə qarşı etiraz aksiyası keçirilir.

Xatırladaq ki, Gürcüstan parlamentində bir neçə gün əvvəl eyni qanun layihəsinin müzakirəsi zamanı da dava düşmüşdü.

Həmçinin oxuyun: Определились клиенты, которым Kapital Bank погасит кредит