Gürcüstanda son sutka ərzində daha 23 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 510-a yüksəlib, bu virusdan ölənlərin sayı isə 19-dur.
Bundan əlavə, indiyədək 1 253 nəfər sağalıb. Ölkədə 238 aktiv koronavirus xəstəsi var.