Gürcüstanda hoteldə güclü yanğın - Fotolar

gurcustanda-hotelde-guclu-yangin
Oxunma sayı: 2308

Tbilisidə yerləşən “Ambassador” hoteldə güclü yanğın baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yanğın dördmərtəbəli binanın üçüncü və dördüncü mərtəbəsində baş verib.

Yanğının  qısa müddətdə şiddətləndiyi bildirilib.

Hadisə yerinə 16 yanğınsöndürmə briqadası cəlb edilib.

Hazırda yanğın söndürülüb.

İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.