Gürcüstanda iki miktoavtobus toqquşdu - Ölən və yaralananlar var

Gürcüstanda iki miktoavtobus toqquşdu
Oxunma sayı: 914

Gürcüstanda turistləri daşıyan iki mikroavtobus toqquşub. Nəticədə bir turist həyatını itirib, 10 nəfərədək insan yaralanıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə Gürcüstanın Mtsxeta bələdiyyəsinin Nataxtari kəndi yaxınlığında baş verib.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisə yerinə cəlb olunub.