Gürcüstanda “omicron”a yoluxanların sayı artdı

gurcustanda-omicrona-yoluxanlarin-sayi-artdi
Oxunma sayı: 1533

Gürcüstanda koronavirusun “omicron” ştamına daha 5 nəfər yoluxub.

“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzi məlumat yayıb. Bununla da Gürcüstanda “omicron”a yoluxanların sayı 48-ə çatıb.

Qeyd edək ki, Gürcüstanda ilk dəfə “omciron” infeksiyası dekabrın 20-də aşkarlanıb.