Gürcüstanda saxlanılan bütün etirazçılar sərbəst buraxıldı

gurcustanda-saxlanilan-butun-etirazcilar-serbest-buraxildi
Oxunma sayı: 1550

Gürcüstanda etiraz aksiyalarında saxlanılanların hamısı sərbəst buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Martın 7-də və 8-də parlament yaxınlığında keçirilən etiraz aksiyaları zamanı Daxili İşlər Nazirliyinin müxtəlif qurumları tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq saxlanılan şəxslərin hamısı sərbəst buraxılıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, saxlanılanlardan bəziləri məhkəmə qarşısına çıxarılıb.