Gürcüstanda simptomsuz xəstələri hotellərə köçürəcəklər

gurcustanda-simptomsuz-xesteleri-hotellere-kocurecekler
Oxunma sayı: 1262

Gürcüstan hakimiyyəti COVID-19-u simptomsuz keçirən xəstələri mehmanxanalara köçürməyə qərar verib. “Qafqazinfo” “Qruziya Online”a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Yekaterina Tikaridze bildirib.

“Batumidə pasiyentləri artıq klinikadan mehmanxanaya köçürürlər”, - o qeyd edib. Tbilisi və Kutaisidə də simptomsuz pasiyentlər üçün mehmanxana nömrələri ayrılacaq.  

Klinikalardan yetkinlik yaşına çatmayanları, yaşı 65-dən yuxarı olan pasiyentləri, eləcə də xroniki xəstəliyi olan şəxsləri köçürməyəcəklər.

“Bu gün klinikalarda koronaviruslu pasiyentlər üçün 600 yer ayrılıb, məşğulluq səviyyəsi 65 faiz təşkil edir”, - Tikaridze bildirib.