Gürcüstanın Baş prokuroru istefa verdi

gurcustanin-bas-prokuroru-istefa-verdi
Oxunma sayı: 1687

Gürcüstanın Baş prokuroru Şalva Tadumadze tutduğu vəzifədən istefa verib.

"Qafqazinfo" xəbər verir ki, istefaya səbəb onun parlamentin bugünkü iclasında Ali Məhkəmənin hakimi vəzifəsinə təsdiqlənməsidir.

Qeyd edək ki, Ş.Tadumadze ötən ilin yayından Baş prokuror vəzifəsində idi.