Gürcüstanın DİN rəhbəri Milli Təhlükəsizlik Şurasına sədr gətirildi

gurcustanin-din-rehberi-milli-tehlukesizlik-surasina-sedr-getirildi
Oxunma sayı: 932

Gürcüstan Daxili İşlər naziri Vaxtanq Qomelauri ölkənin Milli Təhlükəsizlik Şurasına rəhbərlik edəcək.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Baş Nazir Georgi Qaxariya hökumətin iclasında məlumat verib.

“Təhlükəsizlik Şurasının son dərəcə vacib bir orqan olduğunu bilirsiniz, xüsusən o, bu gün işləməli və səmərəli fəaliyyət göstərməlidir. Mövcud vəziyyətə əsasən Təhlükəsizlik Şurasının yeni katibini sizə təqdim edirəm. Bu,  Daxili işlər naziri Vaxtanq Qomelauridir. Cənab Vaxtanqı əlbəttə ki, bu vacib və məsul vəzifəyə təyin olunması münasibətilə təbrik edirəm. Bu o deməkdir ki, onun funksiyaları güclənəcək və ikiqat artırılacaq”, - deyə Qaxariya bildirib.

Son vaxtlara qədər Təhlükəsizlik Şurasına Levan İzoriya rəhbərlik edib. O, Gürcüstanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, V. Qomelauri 2013-cü ilin martından 2014-cü ilin dekabrına qədər Daxili İşlər Nazirinin müavini vəzifəsində çalışıb. 2015-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri təyin edilib. 2019-cu ilin sentyabrından DİN rəhbəri vəzifəsini icra edib.