Hakan Fidan Entoni Blinkenlə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdi

hakan-fidan-entoni-blinkenle-azerbaycan-ermenistan-normallasma-prosesini-muzakire-etdi
Oxunma sayı: 1888

Türkiyənin XİN rəhbəri Hakan Fidanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Blinken söhbət zamanı Fidanı yeni vəzifəsi münasibətilə təbrik edib. 

Tərəflər İsveçin NATO-ya üzvlüyü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması kimi bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.