Hakan Fidan HƏMAS üzvləri ilə görüşdü

hakan-fidan-hemas-uzvleri-ile-gorusdu
Oxunma sayı: 2015

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Fələstinin HƏMAS hərəkatının Siyasi Büro üzvləri ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fidan hərəkatın şurasının sədri Məhəmməd Dərviş İsmayılla da görüşüb. Danışıqlar çərçivəsində tərəflər regionda, xüsusilə Qəzzanın şimalında humanitar vəziyyəti müzakirə ediblər.