Hakan Fidan Lavrovla görüşdü

hakan-fidan-lavrovla-gorusdu
Oxunma sayı: 1627

Türkiyə xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Görüş Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən BRİCS sammiti çərçivəsində baş tutub.

Bildirilir ki, görüşdə ikitərəfli siyasi və iqtisadi məsələlər, o cümlədən enerji sahəsində əməkdaşlıq müzakirə edilib.