Türkiyənin xarici işlər naziri Hakan Fidan Belçikanın paytaxtı Brüsselə səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.
Fidan aprelin 3-4-də Brüsseldə NATO XİN rəhbərlərinin iclasında iştirak edəcək, eləcə də bir sıra ikitərəfli görüşlər keçirəcək.