Hakan Fidan Qənirə Paşayevadan yazdı

hakan-fidan-qenire-pasayevadan-yazdi
Oxunma sayı: 3398

Türkiyənin xarici işlər naziri Hakan Fidan millət vəkili Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, nazir bu haqda özünün “X” səhifəsində yazıb.

“TİKA sədri olduğum müddətdən bəri yaxından tanıdığım, fəaliyyəti ilə Azərbaycanın və bütün türk dünyasının hüquqlarını hər platformada uğurla müdafiə edən azərbaycanlı millət vəkili Qənirə Paşayevanın vəfatı məni dərindən kədərləndirdi.

Mərhuməyə Allahdan rəhmət, Can Azərbaycan xalqına və türk dünyasına başsağlığı verirəm”, - H. Fidan qeyd edib.