Hakan Fidan Sallivanla Bakı-İrəvan əlaqələrini müzakirə etdi

hakan-fidan-sallivanla-baki-irevan-elaqelerini-muzakire-etdi
Oxunma sayı: 1378

“Azərbaycan-Ermənistan sülh prosesində əldə ediləcək irəliləyiş Qafqazın çiçəklənməsi üçün həlledici olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidanın Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşündə bildirilib.

Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinə normallaşması barədə müzakirələr aparılıb.

Tərəflər, həmçinin Rusiya-Ukrayna müharibəsi və Qəzzada atəşkəslə bağlı fikir mübadiləsi aparıblar. Qəzzada ən qısa zamanda atəşkəsin elan edilməsi və bölgəyə çatan humanitar yardımların artırılmasının vacibliyi qeyd edilib.

Bununla yanaşı, Türkiyənin Suriyadakı terror təşkilatlarına qarşı mübarizədə qətiyyəti vurğulanıb. ABŞ-nin bu məsələdə müttəfiqlik ruhuna uyğun hərəkət etməli bildirilib.