Hakan Fidanla müzakirə etdiyi məsələləri açıqladı - Yenilənib

hakan-fidanla-muzakire-etdiyi-meseleleri-aciqladi
Oxunma sayı: 1516

Türkiyə və Ukraynanın xarici işlər nazirləri Hakan Fidanla Andrey Sibiqa arasında görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN “X” hesabında açıqlayıb.

Görüş Ankarada baş tutub.

***

Andrey Sibiqa türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında görüş zamanı müzakirə etdikləri mövzuları açıqlayıb. 

Onun sözlərinə görə, həmkarını Ukrayna Prezidenti Volodimir Zelenskinin “Qələbə planı” barədə məlumatlandırıb, eləcə də ukraynalı əsirlərin azad edilməsi və digər məsələləri müzakirə ediblər.

Ukraynalı nazir, həmçinin Türkiyənin Ukraynanın strateji tərəfdaşı olduğunu vurğulayıb.