“Hakimiyyətə gəlişimizlə hər şey dəyişəcək” - AfD sədri Mertsi hədəf aldı

hakimiyyete-gelisimizle-her-sey-deyisecek
Oxunma sayı: 380

Almaniyanın “Almaniya üçün Alternativ” (AfD – Alternative für Deutschland) partiyasının həmsədri Alisa Vaidel ölkə rəhbərliyinin Ukrayna münaqişəsi ilə bağlı “tam eskalasiya” siyasəti yürütdüyünü bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə almaniyalı siyasətçi “X” sosial şəbəkə hesabında paylaşım edib.

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasındakı telefon danışığını şərh edən Vaidel münaqişənin tezliklə bitəcəyinə ümid etdiyini bildirib. O, Almaniya hökumətinin dinc danışıqlar əvəzinə vəziyyəti daha da gərginləşdirdiyini vurğulayıb:

“Təəssüf ki, Almaniya federal hökuməti sülh danışıqlarına töhfə vermək əvəzinə, yürütdüyü tam eskalasiya siyasəti ilə bunun tam əksini edir. Bizim hakimiyyətə gəlişimizlə hər şey dəyişəcək”.

Xatırladaq ki, bundan əvvəl Almaniya Kansleri Fridrix Merts öz anti-Rusiya kursundan “bir millimetr də geri çəkilməyəcəyini” və Berlinin Kiyevə dəstəyi dayandıracağı təqdirdə vəziyyətin daha da pisləşəcəyini bəyan etmişdi.

Paralel olaraq, Almaniyanın müdafiə naziri Boris Pistorius müttəfiqləri Ukraynanı qışa hazırlamağa çağırıb və Kiyevə “Patriot” HHM-ləri üçün “PAC-2” raketlərinin veriləcəyini açıqlayıb.

Qeyd edək ki, Saksoniya-Anhalt vilayətində keçirilən parlament seçkilərindəki ağır məğlubiyyətdən sonra Merts öz partiyası (CDU) daxilində də istefa təzyiqləri ilə üzləşib.