Fransada 77-ci Kann kino festivalı davam edir.
“Qafqazinfo” xəbər verir ki, festival çərçivəsində ənənəvi “amfAR” xeyriyyə tədbiri baş tutub.
Tədbirdə iştirak edənlər arasında türkiyəli aktrisa Hande Erçel də olub. O, mərasimə biznesmen sevgilisi Hakan Sabancı ilə qatılıb.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə mediası 2024-cü ilin yazında aktrisa ilə biznesmenin toyunun olacağı barədə yazırdı. Lakin cütlük bu barədə heç bir açıqlama verməyib.
Qeyd edək ki, H. Sabancı Türkiyənin ən zəngin ailələrindən birinin varisidir. Onların ailə sərvəti 1 milyard dollardan çox məbləğdə qiymətləndirilir. Sabancı indiyədək müğənni Hadisə, aktrisalar Merve Boluğur və Cansu Melis Karakuş, həmçinin model Didem Soydanla sevgili olub.