“Harri Poter”in aktyoru vəfat etdi

harri-poterin-aktyoru-vefat-etdi
Oxunma sayı: 1908

Britaniyalı aktyor Maykl Gembon 82 yaşında vəfat edib.

“Qafqazinfo” “The Guardian” qəzetinə istinadən xəbər verir ki, sənətçi pnevmoniyadan dünyasını dəyişib.

O, xəstəxanada ailə üzvlərinin əhatəsində həyatdan köçüb.

Qeyd edək ki, M. Gembon “Harri Poter” silsilə filmlərində professor Albus Dambldor obrazı ilə yadda qalıb. Bir neçə nüfuzlu mükafata layiq görülüb.