Havay adalarının paytaxtı Honolulu şəhərində 36 mərtəbəli binada yanğın baş verib.
“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, yanğın zamanı 4 nəfər ölüb, ən 12 nəfərin isə yaralandığı bildirilir.
Yanğının 26-cı mərtəbədə başladığı və sonra digər mərtəbələrə yayıldığı bildirilir.
Uzun çalışmalardan sonra yanğın söndürülüb.
Hadisənin səbəbi araşdırılır.
Son xəbərlər
Son Xəbərlər