Hazırda bölgələrdə hava belədir - Video

hazirda-bolgelerde-hava-beledir
Oxunma sayı: 2487

Martın 31-nə olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağıntılı olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, dağlıq ərazilərdə qar yağıb, qərb küləyi ayrı-ayrı rayonlarda arabir güclənib.

Qar örtüyünün hündürlüyü: Göygöldə 2 sm, Ləzə (Qusar), Gədəbəy, Daşkəsəndə 1 sm olub.

Yağan yağıntının miqdarı: Qaxda 9.0 mm, Balakəndə 7.0 mm, Quba, Zaqatalada 3.0 mm, Lerik, Tovuz, Daşkəsən, Göygöl, Gədəbəy, Naftalan, Şəki, Qusar, Xaltan, Şahdağ, Kürdəmir, Yardımlı, Gəncə, Şəmkir, Ceyrançöl, Şamaxı, Lənkəran, Astarada 2.0 mm-dək olub.

Dolu: Ağstafa rayonu Bayraq meydanında və Tatlı kəndində saat 16:00-16:19 radələrində diametri 16-17 mm olan dolu düşüb.

Külək: Şimal-qərb küləyi arabir Naftalanda 35 m/s, Tərtər, Ağdamda 28 m/s, Ağstafa, Gəncə, Bərdədə 24 m/s, Şəmkirdə 23 m/s, Kəlvəz, Şirvanda 21 m/s, Yevlax, Neftçala, Zərdab, Beyləqanda 20 m/s, Göycay, Naxcıvanda 18 m/s, Ordubadda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 36 m/s, Sumqayıtda 30 m/s, Pirallahı, Çilov adasında 23 m/s, Ələt, Neft Daşlarında 22 m/s, Binədə 20 m/s, Maştağada 18 m/s, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.

Duman: Bakı, Pirallahı, Neft Daşları, Naxçıvan, Şərur, Göygöl, Balakən, Qax, Şamaxı, Altıağac, Qusar, Xaltan, Qrız, Şabran, Lerikdə müşahidə olunub, dumanda görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 7°-dək isti, Naxçıvanda 13°-dək isti, dağlıq rayonlarda 1°-dək şaxta, aran rayonlarında 6-9° isti olub.