“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini

hazirda-mekteblerde-tiktoka-cixis-bloklanib
Oxunma sayı: 1604

“Hazırda məktəblərdə TikToka çıxış bloklanıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.

“Terrorizm kimi mövzulara çıxış bloklanıb. Ümumilikdə, 200-dən çox təhlükəli mövzulara məhdudiyyət tətbiq olunub. Məktəblərdə uşaqların internetə çıxışı ümumiyyətlə filtr olunur”, - nazir müavini qeyd edib.

Nuranə Daxilqızı